Burak Özçivit şəxsi həyatından danışdı: "Evlilik təklif edəndə..."

Burak Özçivit şəxsi həyatından danışdı: "Evlilik təklif edəndə..."
22:05 14 Fevral 2017
331 Şou
Ölkə mətbuatı
A- A+

Serialları ilə ərəb dünyasında çox sayda izləyicisi olan aktyor Burak Özçivit Küveyt kanallarının birində yayımlanan proqramda sualları cavablandırıb.
Milli.Az axşam.az-a istinadən Türkiyə mətbuatına istinadən həmin müsahibəni təqdim edir:

- Seriallarda və filmlərdə sizi həmişə romantik rollarda görürük. Həqiqətən romantik birisiniz?

- Bizə verilən ssenariyə uyğun olaraq rolu layiqincə oynamağa çalışırıq. Ancaq həqiqətən də elə obraz yarada bilmişiksə, bu, onu göstərir ki, işimizin öhdəsindən gələ bilmişik.

- Sevgilinizə romantik evlilik təklifi etdiyiniz gecəni kim və necə təşkil edib?

- O gecə üçün mütəxəssislərdən yardım almamışam, dostlarım dəstək olub. Ancaq ən böyük dəstəyi bacım verdi. Onun sayəsində evlilik təklifi daha gözəl alındı.

- Fahriya üçün yemək bişirirsiniz?

- Çətin sualdır. Yemək bişirməyi bacarmıram. Bu, atamın işidir. Amma o, hansı yeməyi sevirsə, onu bişirmək üçün əlimdən gələni edərəm.

- Sevginizi qarşı tərəfə necə göstərərsiniz?

- Türk kişisi çox danışmağı sevmir, mən də istisna deyiləm. Məhəbbətimi sözlərlə deyil, daha çox hərəkətlərimlə göstərməyi üstün tuturam.

- Sizi gələcəkdə də romantik filmlərdə görəcəyik?
- Romantik sevgi filmlərini sevirəm, amma özümü komediyada da sınamaq istəyirəm. Rejissorluğu mənə aid olan "Kardeşim Benim" komediya filmi idi. Yeri gəlmişkən hər kəsə müjdə verim, indi də həmin filmin ikinci hissəsini çəkməyə hazırlaşırıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/517532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR