Arvadını və iki uşağını öldürdü, intihar etdi

Arvadını və iki uşağını öldürdü, intihar etdi
22:32 14 Fevral 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Antalyada Türkiyə vətəndaşı Rusiyadan olan həyat yoldaşı və iki uşağını qətlə yetirib, sonra isə intihar edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə "RİA Novosti"yə Rusiyanın Antalyadakı Baş Konsulluğundan bildirilib.  
Məlumata görə, Müəmmar Gün əvvəlcə oğlu Viktor və qızı Leylanı zəhərləyərək öldürüb, sonra tüfəngdən atəş açaraq Rusiya vətəndaşı olan həyat yoldaşı Annanı qətlə yetirib. Daha sonra isə o, hadisə barədə polisə məlumat verərək intihar edib.
 
İlkin məlumata görə, cinayət məişət zəminində törədilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR