Rolex brendi belə yarandı - FOTO

Rolex brendi belə yarandı - FOTO
22:37 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Rolex şirkətinin qurucusu 1881-ci ildə Almaniyada doğulan Vilhem Vilsdorfdur. Vilsdorf 12 yaşında hər iki valideynini itirdikdən sonra ailədən qalan xırdavat dükanında işləməyə məcbur qalır. O, qardaşlarıyla birlikdə bu hadisədən sonra qohumlarıyla yaşamağa başlayır və qohumları dükanı satırlar.

Ana və atasının ölümündən sonra Vilsdorf təhsilinə Coburgda internat məktəbində davam edir. Məktəbi bitirdikdən sonra İsveçrəyəyə getmək fikrinə düşür. Bu səbəblə Cenevrədə bir işə girir və dünya ticarətiylə birlikdə bəzi iş taktikalarını da öyrənir. Daha sonra bu şirkətdən ayrılaraq saat ticarəti edən Korten şirkətində işə düzəlir.

Saat sektorunda heç bir təcrübəsi olmayan Vilsdorf tərcüməçi olaraq işə başlayır. Ancaq həmin zamanlarda bir gün saat sektorunda iş quracağı fikri meydana gəlmişdi. Kortek də o zamanlar Almaniya, Fransa və İsveçrədən parça satın alırdı.

Daha sonra Vilsdorf 1903-cü ildə Londona köçdü. İngilis saat sənayesində işə başladı və öz işini qurmağa qərar verdi. Alfred James Davis adında bir adamla tanış oldu və onunla ortaq olaraq öz saat şirkətini qurmağa başladı. Vilsdorfun saat düzəltmək təcrübəsi var idi Ceyms isə yetərli sərmayəyə sahib idi. Daha sonra Vilsdorf Britaniya vətəndaşlığını aldı. James ilə ortaq olaraq bir-birlərinin çatışmayan istiqamətlərini tamamlayaraq işlərində irəlilədilər.

Qol saatları 1912-ci ildə məşhurluq qazandı. Vilsdorf və James şirkətin adının Rolex olmasına qərar verdilər. Digər dillərdə də rahatca deyilən və tələffüzü asan olan bir ad axtardıqları üçün bu adı seçmişdilər.

Rolex dünyanın ən yaxşı saat markası ünvanıyla mükafatlandırıldı. 1970-ci illərdən bu günə qədər, Rolex həm yenilənən həm də təkamülçü bir marka olaraq xarakterizə edilir. Yəni Rolex tamamilə yeni texnologiyalar istifadə edərək yeni və yaradıcı saat modelləri istehsal edir. Rolexin gündə 2000 saat istehsal etdiyi söylənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/517087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR