Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ prezidentinin yaşadığı və işlədiyi Ağ ev martın 7-də yenidən ekskursiyalar üçün açıq olacaq.
"Report" xəbər verir ki, bu barədə birinci xanım Melanya Trampın mətbuat xidməti məlumat yayıb.
Prezident iqamətgahı Vaşinqtonda hakimiyyət dəyişikliyi ilə əlaqədar müvvəqqəti olaraq bağlanmışdı.
"Mən Ağ evi (qapılarını) yenidən hər il ora ekskursiyaya gələn yüzminlərlə ziyarətçinin üzünə açmağa çox şadam. Ağ ev tarixi baxımdan mühüm yerdir və biz onun gözəllik və tarixini bölüşməyə şadıq", — deyə mətbuat xidməti birinci xanımın sözlərini sitat gətirib.
"Mən ölkəmizin ən məşhur rəmzlərindən birini bərpa və mühafizə edəcəyəm", — deyə Melanya Tramp bildirib.