Bakıda köçkün ailənin 2 aylıq körpəsi bu evdə diri-diri yanıb öldü - YENİLƏNİB - FOTO

Bakıda köçkün ailənin 2 aylıq körpəsi bu evdə diri-diri yanıb öldü - YENİLƏNİB - FOTO
22:52 14 Fevral 2017
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakının Binəqədi rayonunda 2 aylıq körpənin ölümü ilə nəticələnən dəhşətli hadisə ilə bağlı yeni məqamlar üzə çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunda 3-ü mədən adlanan ərazidə yaşayan ailə hadisənin baş verdiyi evdə kirayədə qalırmış. Hadisənin baş verdiyi evin yaxın ətrafında demək olar ki, qonşu yoxdur. Ən yaxın evlər bir neçə yüz metr uzaqlıqda yerləşir.

Faciənin qurbanı olan Cəfərovlar ailəsi Füzuli rayonundan məcburi köçkün düşübmüş. Qonşulardan bildirilib ki, faciədən sonra qohumları gəlib onları özləri ilə rayon aparıb.  
 
17:08

Bakının Binəqədi rayonundakı dəhşətli yanğınla bağlı bəzi məqamlar aydınlaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yanğının baş verdiyi evdə yanaraq ölən Cabbar Cəfərov cəmi 2 aylıq imiş. O, ötən ilin dekabrında doğulubmuş.
Hadisə baş verən anda isə evdə körpə Cabbardan savayı, heç kim yox imiş. Məlum olub ki, 4 uşaqlı ailənin sonuncu övladı olan Cabbarın anası digər uşaqları məktəbdən gətirməyə gedibmiş. Evdə heç kimin olmadığı anda isə bu dəhşətli yanğın hadisəsi baş verib.
 
Yanğının baş vermə səbəbinə gəlincə, ədə etdiyimiz məlumata görə, hadisə baş verən evdə həm odun, həm də elektrik sobası olub. Yanğının konkret hansı səbəbdən baş verdiyi araşdırılır.

16:52

Azərbaycanda dəhşətli yanğın hadisəsi baş verib.
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və 4 m2 sahədə lambirdən ibarət tavan yanıb.
 
Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunub. Bitişik mənzillər yanğından mühafizə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR