Şəkər xəstələri 4 qidadan uzaq durmalıdır

Şəkər xəstələri 4 qidadan uzaq durmalıdır
23:17 14 Fevral 2017
1482 Ölkə
Ölkə mətbuatı
A- A+

1. Karbohidratlar

Çörək, düyü və makaron yüksək karbonhidrat ehtiva edən qidalardır. Çörək və digər unlu qidaları istehlak etmək, 1-ci və 2-ci dərəcəli diyabet xəstələrinin qanında şəkərin səviyyəsini əhəmiyyətli sürətdə artırdığı müşahidə edilmişdir. Bu hal yalnız buğda məhsullarına xas deyil. Makaronlar da, düyü məhsulları da qanda şəkərin səviyyəsini yüksəldir. Bu cür qidalar az miqdarda lif ehtiva edir, bu da şəkərin qan dövranına sorulmasını sürətləndirir.
2. Quru meyvələr
Təəssüf ki, quru meyvələrin şəkər miqdarı daha çoxdur. Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir kasa təzə üzüm 1 qramı lif olmaq üzrə 27 qram karbonhidrat ehtiva edir. Ancaq bir kasa quru üzüm 5 qramı lif olmaq üzrə 115 qram karbonhidrat ehtiva edir.
Digər quru meyvələr də təzə hallarına görə daha çox karbohidrat ehtiva edirlər.
3. Meyvə suyu
Meyvə suyunun ümumiyyətlə sağlam bir içməli vasitə kimi qanda şəkər üzərindəki təsirləri ilə limonad və digər şəkərli içkilərə bənzərdir.
Şəkərli içməli vasitələr kimi meyvə suyunun tərkibinə fruktoza daxildir. Fruktoza insulin müqaviməti, piylənmə və ürək xəstəliklərinə səbəb olan şəkər növüdür.
4. Kartof qızartması
Diabet xəstəsisinizsə, kartof qızartmasından uzaq durmalısınız. Kartof yüksək karbonhidrat ehtiva edir. Qabıqlı orta boy bir kartof 4 qramdan bir az çox lif və 37 qram karbonhidrat daşıyır. Ancaq, qabıqları soyulub bitki mənşəli yağda qızardıldıqda, daha çox təhlükəli olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR