Hicab taxan nazir sərt tənqid olundu - FOTO

Hicab taxan nazir sərt tənqid olundu - FOTO
23:32 14 Fevral 2017
194 Ölkə
Ölkə mətbuatı
A- A+

İrana rəsmi səfər edən İsveç nümayəndə heyətinin üzvləri hicab taxdıqlarına görə sərt tənqid olunublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, İran hüquq müdafiəçiləri və İsveç siyasətçiləri ticarət naziri Ann Lindenin İranda keçirdiyi görüşlər zamanı hicab geydiyini birmənalı qəbul etməyiblər.

Tənqidçilər özünü dünyada ilk "feminist dövlət" adlandıran bir hökümətin nümayəndəsinin bu adımını ölkəsinin prinsiplərinə zidd olduğunu deyiblər. A.Linde isə İran qanunlarını pozmaq istəmədiyini bildirib, lakin Səudiyyə Ərəbistanına səfəri zamanı hicab geyinməyəcəyini bəyan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR