ABŞ prezidenti Rusiyadan Krımı Ukraynaya qaytarmağı gözləyir

ABŞ prezidenti Rusiyadan Krımı Ukraynaya qaytarmağı gözləyir
23:37 14 Fevral 2017
248 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ Rusiyanın Krımı Ukraynaya qaytaracağını və Donbasda gərginliyin azaldılması üçün tədbir görəcəyini gözləyir.
"Report" xəbər verir ki, bunu brifinqdə ABŞ prezidentinin mətbuat xidmətinin rəhbəri Şon Spayser deyib.
"Donald Tramp açıq şəkildə işarə etdi ki, Rusiya hökumətindən Ukraynada zorakılığa son qoymağı və Krımın qaytarılması üzrə addım atmağı gözləyir. Eyni zamanda, prezident Rusiya ilə dostluq şəraitində yaşamaq istəyir", – deyə Spayser bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidenti-rusiyadan-krimi-ukraynaya-qaytarmagi-gozleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR