İspaniya Latviyaya 350 hərbçi və tanklar göndərəcək

İspaniya Latviyaya 350 hərbçi və tanklar göndərəcək
23:47 14 Fevral 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

İspaniya Latviyaya 350 hərbçi, 6 ədəd "Leopard 2E" yeni tank və 10 ədəd "Pizarro" zirehli transportyor göndərəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu hərbi kontingent Latviyada mayın ortalarında Kanadanın rəhbərliyi ilə keçiriləcək NATO təlimlərində təmsil olunacaq.  
 
Qeyd edək ki, NATO-nun 2016-cı ildə Varşavada keçirilmiş sammitində Latviya, Litva, Estoniya və Polşada, bu ölkələrin xahişi əsasında rotasiya əsasında çoxmillətli batalyonların yerləşdirilməsinə dair qərar qəbul olunub.   
 
Latviya 2004-cü ildən NATO-nun üzvüdür. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR