Merkeldən böyük yalan: "Yardım edirik"

Merkeldən böyük yalan: "Yardım edirik"
00:05 15 Fevral 2017
187 Ölkə
Ölkə mətbuatı
A- A+

"Məni və bütün Avropa Birliyini Türkiyə ilə anlaşma əldə etməyə yönləndirən fəlsəfə də bu idi."

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Almaniya kansleri Angela Merkel Tunis Baş naziri Yusif Şahid ilə keçirdiyi görüşdən sonra mətbuat konfransında bildirib.

Aralıq dənizində minlərlə insanın həyatını itirməsi səbəbindən narahat olduğunu deyən Merkel Afrika ölkələri ilə də Türkiyə və AB arasında tətbiq edilən anlaşmanın eynisini hazırlamaq istədiklərini vurğulayıb.

Merkel AB ilə Türkiyə arasında əldə edilən razılaşma nəticəsində bir çox suriyalının işlə təmin edildiyini və Türkiyənin 3 milyon miqrantın öhdəsindən gəlməsi üçün yardım etdiklərini söyləyib.

Qeyd edək ki, AB Türkiyə qarşısında üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirmir. Miqrantlar üçün nəzərdə tutulan vəsait isə tam şəkildə çatdırmır, yaxud da məsələ yubadılır. Rəsmi Ankara da məhz bu səbəblərdən dolayı, AB-ni sözünə riayət etməməkdə ittiham edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR