Azərbaycanı "təhdid edən" terrorçu məhv edildi - FOTO

Azərbaycanı "təhdid edən" terrorçu məhv edildi - FOTO
00:17 15 Fevral 2017
391 Dünya
Ölkə mətbuatı
A- A+

Fevralın 4-də YouTube-da "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının mənsubu olan bir terrorçunun "Azərbaycana müraciəti" yayılmışdı.

Milli.Az bildirir ki, həmin şəxs ölkəmizi və vətəndaşları terror aktları ilə təhdid edirdi.

Özünü "Boko Haram" və "Əl Qaida" terror təşkilatlarının liderlərinə bənzətəmyə çalışan həmin saqallı azərbaycanlı terrorçu iki "Kalaşnikov" avtomatının fonunda terror təbliğatı aparırdı.

Videonun aylar əvvəl çəkildiyi, bu ayın əvvəlində YouTube-a yerləşdirildiyi vurğulanır.
Həmin şəxs Suriyada döyüşdə öldürülüb. Onun Deyr əz Zor vilayətində Suriya qoşunları ilə döyüşdə zərərsizləşdirildiyi vurğulanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR