Adolf Hitlerin oxşarı həbs edildi

Adolf Hitlerin oxşarı həbs edildi
00:43 15 Fevral 2017
232 Dünya
Ölkə mətbuatı
A- A+

Avstriyanın Yuxarı Avstriya federal əyalətində Adolf Hitlerin oxşarı olan 25 yaşlı gənc həbs edilib. Saç düzümü, biği və geyim stili ilə nasizm ideyasının banisi, Alman Nasional Sosialist Fəhlə Partiyasının sədri, 1933-1945-ci illərdə III Reyxin reyxskansleri və prezidenti Adolf Hitleri yamsılayan gənc Vyana və Qrats şəhərlərində, eləcə də A.Hitlerin doğulduğu Braunau am İnn qəsəbəsində dəfələrlə diqqəti cəlb edib.

Özünü Harald Hitler kimi təqdim edən gəncin həbs olunmasına səbəb ictimai yerlərdə nasist geyimində görünməyi və Adolf Hitlerin hərəkətlərini imitasiya etməsi olub. 1947-ci ildə Avstriyada qəbul edilmiş Konstitusiya Qanununa əsasən, Alman Nasional Sosialist Fəhlə Partiyasının fəaliyyəti qadağan olunmaqla yanaşı, holokaustun danılması və nasizm ideologiyası üçün təbliğatın aparılması da cinayət məsuliyyəti yaradır.

Həbs olunarkən polisə heç bir müqavimət göstərməyən incəsənət tələbəsinin həqiqətən də qadağan haqqında qanunun müddəalarını pozması araşdırılacaqdır.

Cinayət hüququ üzrə professor Helmut Fuks məsələni mətbuat üçün şərh edərək bildirib ki, nasizmin açıq təbliğatı ilə yanaşı, dolayısı ilə rəğbətoyadıcı fəaliyyət və incəsənət məqsədilə karikatura və sarkastik yaradıcılıq həmin qanunda öz dəqiq tövsifini tapıb. Sətiraltı və üstüörtülü təbliğatın aparıldığı fəaliyyətin incəsənətə heç bir aidiyyəti olmadığını bildirən hüquqşünas həmin qanunda bu əməlləri törədən şəxslərə on ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğunu bildirib. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR