"Barselona" ÇL-nin 1/8 finalında böyük hesabla məğlub olub

"Barselona" ÇL-nin 1/8 finalında böyük hesabla məğlub olub
01:42 15 Fevral 2017
189 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
"Report" xəbər verir ki, günün mərkəzi görüşü Fransada yerli PSJ ilə "Barselona" (İspaniya) arasında baş tutub.
Matç Kataloniya klubunun böyükhesablı məğlubiyyəti ilə başa çatıb. PSJ rəqib qapısından 4 cavabsız qol keçirdərək növbəti mərhələyə çıxmaq şanslarını xeyli artırıb. İndi İspaniya klubu 4/1 finala çıxmaq üçün öz meydanında qol buraxmamaq şərti ilə rəqib qapısından 5 top keçirməlidir.
Çempionlar Liqası, 1/8 final
PSJ – "Barselona" – 4:0
Qollar: Angel Di Maria, 18 (1-0), Julian Draxler, 40 (2-0), Angel Di Maria, 55 (3-0), Edinson Cavani, 72 (4:0).

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-cl-nin-1-8-finalinda-boyuk-hesabla-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR