Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
"Report" xəbər verir ki, günün iki qarşılaşmasından biri Portuqaliyada yerli "Benfika" ilə "Borussiya" (Almaniya) arasında baş tutub.
ÇL-nin 1/8 final mərhələsinin ilk oyununda Dortmund klubu "Benfika"ya minimal hesabla uduzub. Komandanın məğlubiyyətdən xilas olmaq şansı yaransa da, Pyer-Emerik Obameyanq penaltini vura bilməyib.
Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyun
14 fevral
23:45. "Benfika” (Portuqaliya) – "Borussiya” (Dortmund, Almaniya) - 1:0
Qol: Konstantinos Mitroğlu, 49
58-ci dəqiqədə Pyer-Emerik Obameyanq ("Borussiya") penaltini qaçırıb
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Lissabon. "Eştadiu du Benfika”