SOCAR Moldovanın yanacaq bazarına daxil olmaq niyyətindədir

SOCAR Moldovanın yanacaq bazarına daxil olmaq niyyətindədir
02:27 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Kişinyov. 15 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı “SOCAR Ukraine” şirkəti Moldovanın yanacaq bazarına daxil olmaq niyyətindədir.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə yerli jurnalistlərə şirkətin topdan ticarət istiqaməti üzrə direktoru Andrey Bıçkov məlumat verib.
O bildirib ki, Moldova bazarı Ukraynadan kiçik olsa da, orada inkişaf perspektivləri mövcuddur:
“Biz, həmçinin Moldovanın dövlət strukturları ilə əməkdaşlığı da istisna etmirik”.
Hazırda “SOCAR Ukraine” Ukrayna ərazisində 59 yanacaqdoldurma məntəqəsinə malikdir.
Moldova hökuməti Curculeşt limanındakı neft terminalı ilə əməkdaşlıq və yeni neftayırma zavodunun tikintisi məqsədilə investisiya imkanlarını öyrənmək üçün SOCAR nümayəndələrini ölkəyə dəvət edib.
SOCAR Rumıniya, Gürcüstan və İsveçrədə də investisiya layihələri həyata keçirir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-moldovanin-yanacaq-bazarina-daxil-olmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR