Moldova prezidenti MDB dövlətlərinin səfirlərilə görüşüb

Moldova prezidenti MDB dövlətlərinin səfirlərilə görüşüb
04:12 15 Fevral 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Kişinyov. 15 fevral. REPORT.AZ/ Moldova Prezidenti İqor Dodon Kişinyovda akkreditə olunan MDB dövlətlərinin səfirləri ilə görüşüb.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə görüşdə ikitərəfli əlaqələrin inkişafı, Moldovaya xarici investisiyaların cəlb edilməsi, həmçinin ölkə prezidentinin Moskva və Brüsselə səfərlərinin nəticələri barədə fikir mübadiləsi aparılıb.
Prezident İqor Dodon həmçinin ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığa dair atılan addımlar barədə səfirləri məlumatlandırıb.
Görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/moldova-prezidenti-mdb-dovletlerinin-sefirlerile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR