"Boeing 737 MAX-9" tipli təyyarənin sınaq uçuşu aprel ayında olacaq

"Boeing 737 MAX-9" tipli təyyarənin sınaq uçuşu aprel ayında olacaq
04:37 15 Fevral 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ "Boeing 737 MAX-9" tipli yeni təyyarənin ilk sınaq uçuşu cari ilin aprel ayında olacaq.
"Report" xəbər verir ki, bu barədə şirkətin bəyanatına istinadən "Reuters" məlumat yayıb.
"737 MAX-9" modelləri 1997-ci ildə istismara verilən "737 "NG" təyyarələrini əvəz etməlidir. Aviaşirkət "737 MAX-9" modelinin tədarükündə maraqlıdır, çünki yeni model əhəmiyyətli dərəcədə az yanacaq yandırır.
"Boeing" "MAX"ın 5-dək müxtəlif versiyasını yaratmaq niyyətindədir. "737 MAX-9" modelinin ilk tədarükü 2018-ci ildə başlanmalıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boeing-737-max-9-tipli-teyyarenin-sinaq-ucusu-aprel-ayinda-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR