Ağ Ev: Tramp Flinə Rusiya ilə bağlı heç bir tapşırıq verməyib

Ağ Ev: Tramp Flinə Rusiya ilə bağlı heç bir tapşırıq verməyib
04:59 15 Fevral 2017
123 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinə Rusiya səfiri Sergey Kislyakla sanksiyaların uzadılması məsələsinin müzakirə olunmasına dair heç bir göstəriş verməyib.      

 

APA-nın CNBC-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin nümayəndəsi Şon Spayser bildirib.

 

Spayserin sözlərinə görə, Tramp artıq Flinə olan etibarını itirsə də, onun hərəkətlərini qanun pozuntusu kimi qəbul etmir.    

 

Donald Tramp bundan əvvəl Maykl Flinin istefasına səbəb olmuş Vaşinqtonun məxfi məlumatlarının mətbuata sızdırılmasından narazılıq ifadə edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR