ABŞ Fələstin-İsrail münaqişəsinin həllində mövqeyini dəyişdi

ABŞ Fələstin-İsrail münaqişəsinin həllində mövqeyini dəyişdi
06:49 15 Fevral 2017
147 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Yaxın Şərq probleminin nizamlanmasında “iki dövlət” prinsipini təkid etməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ağ Evin yeksək vəzifəli nümayəndəsi bildirib.   

 

Bu vaxtadək ABŞ münaqişənin həlli məsələsində bölgədə iki dövlət – İsrail və Fələstinin yaradılması prinsipinə əsaslanıb. İsrailin baş naziri Binyamin Netanyahu bu gün Vaşinqtonda ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq.   

 

“İki dövlət prinsipi sülhə gətirib çıxarmır. Bu, kimlərinsə nail olmaq istədiyi məqsəd deyil. Məqsəd – tərəflərin iki dövlət prinsipi və ya digər istəkləri əsasında əldə olunacaq sülhdür və biz onlara bu məsələdə yardım etmək niyyətindəyik”, - deyə ABŞ administrasiyasının nümayəndəsi bildirib.     

 

ABŞ administrasiyasının nümayəndəsi əlavə edib ki, “iki dövlət” prinsipinin özü heç də aydın deyil. “Əgər beş nəfərdən “iki dövlət” prinsipi əsasında həll variantının nə demək olduğunu soruşsanız, səkkiz fərqli cavab alacaqsınız”, - deyə o bildirib.

 

“Bizim sülhün şərtlərini diktə etmək fikrimiz yoxdur”, - deyə Ağ Evin yeksək vəzifəli nümayəndəsi bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR