Donald Tramp bu gün İsrailin baş naziri ilə görüşəcək

Donald Tramp bu gün İsrailin baş naziri ilə görüşəcək
07:02 15 Fevral 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp çərşənbə günü İsrailin baş naziri Binyamin Netanyahu və nüfuzlu iş adamları ilə görüşəcək, Argentina prezidenti Maurisio Makri ilə telefon söhbəti edəcək və praymerizdə rəqibi olmuş Makro Rubio ilə şam yeməyində bir araya gələcək.
"Report" xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.
Tramp və Netanyahunun mətbuat konfransı Bakı vaxtı ilə 21:00-a təsadüf edəcək. Tramp, həmçinin "retail" sahəsində iri şirkətlərin baş direktorları ilə görüşəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-bu-gun-i-srailin-bas-naziri-ile-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR