Qəhvəli asan piroq

Qəhvəli asan piroq
07:05 15 Fevral 2017
510 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az asan qəhvəli piroqun hazırlanma qaydasını təqdim edir

Ətli-sarımsaqlı qatlama

Tərkibi: 

0,5 st. qatıq
3 ç.q. qəhvə (tezəriyən)
2 yumurta
1 st. şəkər tozu
100 q yumşaq yağ
1 st. un
1 qabartma tozu

krem: 

4 x.q. şəkər tozu
4 x.q. xama
4 ç.q. qəhvə 

Yarım stəkan qatıqda 3 ç.q. qəhvəni əridin. 
2 yumurta ilə 1 st. şəkər tozunu çalın. Qəhvəli qatığı, 100 q yumşaldılmış yağ, 1 st. un, qabartma tozunu əlavə edib qarışdırın. 
Formanı yağlayın, perqament döşəyin. 
Xəmiri içinə töküb 180 dərəcədə 30-40 dəqiqə bişirin. Bişib-bişmədiyini taxta çöplə yoxlayın. 

Krem üçün göstərilən ərzağı çalın. Onun miqdarını artırıb-azalda da bilərsiniz. Bu zaman şəkər tozu ilə xamanı xörək, qəhvəni çay qaşığı ilə götürün, nisbət isə eynidir, yəni hərəsindən eyni sayda qaşıq. Kremi piroqun arasını kəsib ortasına, yaxud da sadəcə üzərinə çəkə bilərsiniz. 

Nuş olsun! 

Milli.Az 

Digər maraqlı reseptlər Facebook səhifəmizdə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/516978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR