BMT Yaxın Şərqdə iki dövlət prinsipinə sadiqdir

BMT Yaxın Şərqdə iki dövlət prinsipinə sadiqdir
07:47 15 Fevral 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak Ağ ev nümayəndəsinin Yaxın Şərq probleminin həllinə yanaşmanın dəyişə biləcəyi ilə bağlı bəyanatını şərh edib.
"Report"un məlumatına görə, Ağ ev nümayəndəsi ABŞ və İsrail liderlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar onun həlli zamanı iki dövlət prinsipinə təkid etməyəcək.
O bildirib ki, ABŞ-ın mövqeyinə görə əsas sülhün əldə olunmasıdır, tərəflər ona gedən istənilən yolu özləri seçə bilərlər.
"Siz bizim iki dövlət prinsipini dəstəkləməyimizdən xəbərdarsınız. Bundan başqa şərh verməyəcəyəm", - deyə RİA "Novosti" Hakın sözlərini sitat gətirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-yaxin-serqde-iki-dovlet-prinsipine-sadiqdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR