BMT Yaxın Şərq məsələsində “iki dövlət” prinsipinə sadiqdir

BMT Yaxın Şərq məsələsində “iki dövlət” prinsipinə sadiqdir
07:59 15 Fevral 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

BMT katibliyi BMT Fələstin-İsrail münaqişəsinin nizamlanmasında “iki dövlət” prinsipini dəstəklədiyini təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Farhan Xak Ağ Ev nümayəndəsinin ABŞ-ın Fələstin-İsrail münaqişəsinin nizamlanmasında tutduğu mövqeyinin dəyişə biləcəyinə münasibət bildirərkən vurğulayıb.   

 

“Münaqişənin həllində “iki dövlət” prinsipini dəstəkləməyimiz barədə məlumatlısınız. Bundan əlavə şərh verməyəcəyəm”, - deyə Xak bildirib.  

 

Qeyd edək ki, Ağ Evin yüksək vəzifəli nümayəndəsi bundan əvvəl ABŞ-ın Yaxın Şərq probleminin nizamlanmasında “iki dövlət” prinsipini təkid etməyəcəyini bildirib.  

 

Bu vaxtadək ABŞ münaqişənin həlli məsələsində bölgədə iki suveren dövlətin – İsrail və Fələstinin yaradılması prinsipinə əsaslanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR