Monreal, Paris və London dünyanın ən yaxşı tələbə şəhərləridir

Monreal, Paris və London dünyanın ən yaxşı tələbə şəhərləridir
08:02 15 Fevral 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ 2017-ci ildə dünyanın tələbələr üçün ən yaxşı şəhərləri beynəlxalq reytinqinə Monreal, Paris və London başçılıq edib.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "QS Quacquarelli Symonds" şirkətinin hesabatında qeyd olunur.
Şirkətin çərşənbə günü açıqladığı reytinqdə tələbələr üçün dünyanın 100 ən yaxşı şəhərinin adı sadalanıb.
Ekspertlər 125 şəhəri təhlil ediblər, qiymətləndirmə 6 meyar üzrə aparılıb: şəhərin məşhurluğu, maliyyə baxımından münasibliyi, yerli universitetlərin reytinqi, tələbə tərkibinin beynəlmiləlliyi, işverənlərin fəallığı, həmçinin tələbələrin şəhər haqqında fikirləri.
Son göstərici 18 mindən artıq tələbənin sorğusunun nəticələrini özündə əks etdirir.
2012-ci ildə reytinq təsis olunduğu vaxtdan bu yana ilk dəfə olaraq Monreal birincilikdə Parisi qabaqlayıb (Fransa paytaxtı ikinci olub). Eyni zamanda London iki pillə qalxaraq üçüncü yerdə qərarlaşıb. ABŞ şəhərləri arasında daha çox Boston fərqlənib. Ona reytinqdə 8-ci yer verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/monreal-paris-ve-london-dunyanin-en-yaxsi-telebe-seherleridir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR