"Atama dedim ki..."

"Atama dedim ki..."
08:32 15 Fevral 2017
141 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək PSG - "Barselona" matçından öncə hər iki komanda ilə bağlılığı olan Luka Din fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı müdafiəçi bunları deyib:

""Barselona" mənim üçün dünyanın ən böyük klubudur. Tək mənə yox, çoxlarına görə belədir. Klubun oyun tərzi dinə bənzəyir. Məni daha çox razı salan klubun daxilində atmosferin səmimi olmasıdır. Atama dedim ki, burada oynamaq arzum idi və sonunda yerinə yetdi. Burda futbolçulara tam fərqli təzyiq var. Mümkün titulların hamısını qazanmaq lazımdır. Etmək istədiyimiz də budur. Messi və Suarez dünyanın ən yaxşı hücumçularıdır. Onlarla həm futbolçu kimi eyni komandada oynamaq, həm də bir insan kimi münasibət qurmaq mənə çox xoşdur".

Din ötən yay 16.5 milyon avro qarşılığında Paris klubundan "Barselona"ya transfer olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR