“Sumqayıt Sənayetikinti Avtonəqliyyat” səhmdarlarına hesabat verəcək

“Sumqayıt Sənayetikinti Avtonəqliyyat” səhmdarlarına hesabat verəcək
09:17 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Martın 29-da, saat 11:00-da “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq şirkətin əsas inzibati binasının yerləşdiyi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində baş tutacaq. Yığıncağın gündəliyinə müəssisədə 2016-cı maliyyə-təsərrüfat ilində görülən işlərlə tanışlıq, 2017-ci ildə qarşıda duran məsələlər haqqında İdarə Heyətinin, eləcə də Müşahidə Şurasının və Maliyyə-Təftiş Komissiyasının hesabatının dinlənilməsi, 2016-cı təsərrüfat ilinin balansının və hesabatının təsdiq edilməsi, həmçinin təşkilati məsələlər daxildir.
Xatırladaq ki, “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 214 880 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sumqayit-senayetikinti-avtoneqliyyat-sehmdarlarina-hesabat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR