Anxel Di Mariya: 6-cı qəhrəman

Anxel Di Mariya: 6-cı qəhrəman
09:22 15 Fevral 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin futbolçusu Anxel Di Mariyanın Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona"ya vurduğu qollar əlamətdar olub.

Belə ki, 14 fevralda anadan olan argentinalı öz doğum günündə qitənin ən nüfuzlu klub turnirində dubl edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu göstərici ilə solaxay yarımmüdafiəçi bunu bacarmış 6-cı oyunçu olub. Daha əvvəl Georgi Demetradze ("Dinamo" Kiyev), Ula Qunnar Sulşer ("Mançester Yunayted"), Dado Prşo ("Monako", poker), Julio Baptista ("Roma") və Rahim Sterlinq ("Mançester Siti") eyni qəhrəmanlığı edən oyunçular olub.
 
Qeyd edək ki, Di Mariya görüşün 18 və 55-ci dəqiqəsində fərqlənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR