"Liverpul"a çoxdan azarkeşlik edirəm" - Aquero hiddətləndirdi

"Liverpul"a çoxdan azarkeşlik edirəm"  - Aquero hiddətləndirdi
09:27 15 Fevral 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

“Mançester Siti”nin hücumçusu Serxio Aquero 2006-cı ildə “Liverpul”un oyunçusu olmağı arzuladığını deyib. Fanat.Az xəbər verir ki, argentinalı “qırmızılar”a azarkeşlik etdiyini söyləməklə “şəhərlilər”in fanatlarını özündən çıxarıb:

 

“O vaxt İngiltərəyə gəlmək imkanım olsaydı, məhz “Liverpul”da oynayardım. Bu komandaya çoxdan azarkeşlik edirəm”.

 

Qeyd edək ki, Aquero Madrid “Atletiko”suna 2006-cı ildə “İndependyente”dən gəlmişdi. 5 il İspaniyada oynadıqdan sonra “Mançester Siti”yə üz tutan 28 yaşlı forvardın yayda klubunu dəyişəcəyiylə bağlı söz-söhbət səngimir. İngiltərə mətbuatı dəfələrlə hücumçunun baş məşqçi Xosep Qvardiolayla münasibətlərinin qaydasında olmadığı haqda yazıb.

 

Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotliverpulquota-coxdan-azarkelik-edirmquot-t56276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR