ŞOK İDDİA - Kim Çen In öz qardaşını öldürtdürüb - FOTO

ŞOK İDDİA - Kim Çen In öz qardaşını öldürtdürüb - FOTO
09:27 15 Fevral 2017
163 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen Inın qardaşının qətli ilə bağlı yeni iddialar ortaya atılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, 45 yaşlı Kim Çen Nama qarşı sui-qəsdin arxasında Şimali Koreya lideri durur. 

İddialara görə, Kim Çen Nama 2 qadın həmyerlisi zəhərli iyrə vurub. Həmin qadınların taksiyə əyləşərək hadisə yerindən qaçdıqları deyilir. Ehtimal edilir ki, şimali koreyalı qadınlar sifarişlə Kim Çen Namı öldürüblər. 

Bir çox xarici KİV-lərdə yer alan xəbərə görə, Kim Çen Namın Malayziyadakı qətlinin sifarişçisi qardaşı Kim Çen Indır. KİV-lərin yazdığına görə, Kim Çen Nam əmisinin edam olunmasından sonra Şimali Koreyadan qaçaraq Malayziyaya yerləşib. Onun yeznəsinin də Kim Çen In tərəfindən xüsusi qəddarlıqla öldürüldüyü məlum olub.

Hələlik qeyd olunan iddialar öz təsdiqini tapmayıb. Maraqlıdır ki, Kim Çen In qardaşının qətlinə heç bir reaksiya verməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR