"Mən artıq nazir deyiləm, adi vətəndaşam" - Ziya Məmmədov

"Mən artıq nazir deyiləm, adi vətəndaşam" - Ziya Məmmədov
09:27 15 Fevral 2017
1274 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Yeni Müsavat"a açıqlamasında keçmiş nəqliyyat naziri Ziya Məmmədov deyib. O, jurnalistlərə hörmətinin olduğunu da bildirib: "Mən artıq nazir deyiləm, adi vətəndaşam. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur".

Qeyd edək ki, Z. Məmmədov Azərbaycanda Nəqliyyat Nazirliyinin ilk və son naziri olub. O, bu posta 15 il rəhbərlik edib və prezidentin 2 gün öncə imzaladığı sərəncamla nazirlik ləğv olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR