Kredit şirkətində insident - Ölən və yaralanan var

Kredit şirkətində insident - Ölən və yaralanan var
09:32 15 Fevral 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Tokio yaxınlığında İbaraki rayonunda odlu silahla insident baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hadisə səhər saatlarında Kamisu şəhərində kredit şirkətlərindən birində baş verib. Polisin yaydığı məlumata görə, şirkət əməkdaşlarından biri öz həmkarlarına silahla atəş açdıqdan sonra hadisə yerindən qaçıb.

Atəş nəticəsində 2 nəfər güllə yarası alıb ki, onlardan biri elə hadisə yerində dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR