PA-nın şöbə müdiri: “2004-cü ildən indiyədək regionlara 39,5 milyard manat vəsait xərclənib”

PA-nın şöbə müdiri: “2004-cü ildən indiyədək regionlara 39,5 milyard manat vəsait xərclənib”
09:42 15 Fevral 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ 2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində 39,5 milyard manat vəsait xərclənib.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.
O bildirib ki, Prezidenti İlham Əliyev 2016-cı il ərzində respublikanın bölgələrinə 23 dəfə, bəzi rayonlara hətta iki dəfə səfər edərək 64 yeni obyektin açılışında iştirak edib.
S.İsmayılov qeyd edib ki, dövlət başçısı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə əlaqədar 2016-cı ildə 73 sərəncam imzalayıb, bu işlərin icrası üçün 204 milyon manatdan artıq vəsait sərf edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/pa-nin-sobe-mudiri-2004-cu-ilden-indiyedek-regionlara-39-5-milyard-manat-vesait-xerclenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR