"Çelsi", "Arsenal" və "Real"ın keçmiş üzvü qovuldu

"Çelsi", "Arsenal" və "Real"ın keçmiş üzvü qovuldu
09:47 15 Fevral 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Fransalı yarımmüdafiəçi Lassana Diarra klubsuz qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu 2015-ci ildən çıxış etdiyi "Marsel" klubundan qovulub.

Belə ki, klubdan verilən açıqlamaya görə, futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun karyerasını harada davam etdirəcəyi hələlik müəyyənləşməyib. 
 
Qeyd edək ki, Lassana Diarra karyerası ərzində "Çelsi", "Arsenal" və "Real" kimi klubların formasını geyinib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR