Qasırğa Texası cənginə aldı

Qasırğa Texası cənginə aldı
09:57 15 Fevral 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Texas ştatının iri şəhərlərindən olan Hyuston şəhəri sahillərinə silsiləli qasırğa yaxınlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yerli hidrometeoroloji idarə qasırğa barədə xəbərdarlıq verib. Güclü qasırğa şəhərdə elektrik təchizatına ziyan vurub, 4 ev tamam dağılıb. Güclü qasırğanın ardınca zəif qasırğalar da qeydə alınıb.

Ümumilikdə ştatda qasırğalardan azı 6 nəfərin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalarda yerləşdirildiyi barədə məlumat verilib.

Daha öncə ABŞ-ın cənubunda, Luiziana ştatında silsilə qasırğalar nəticəsində 30 nəfər xəsarət almışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR