"Qalatasaray" ulduzunu Yaponiyaya satır

"Qalatasaray" ulduzunu Yaponiyaya satır
10:17 15 Fevral 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Lukas Podolski "Qalatasaray"ı tərk etməyə hazırlaşır. Fanat.Az xəbər verir ki, alman futbolçu karyerasını Yaponiyada davam etdirə bilər.


Türkiyə mətbuatının məlumatına görə, bir müddətdi Yaponiyanın "Vissel Kobe" klubu ilə danışıqlar aparan Podolski  üçün artıq İstanbul təmsilçisinə təklif gəlib. Yaponlar "Qalatasaray"a 7,5 milyon avro transfer haqqı təklif edir. Türk klubunun təklifə müsbət yanaşdığı, son qərarı Podolskinin verəcəyi deyilir. Alman futbolçu təklifi qəbul etsə, 3 illik müqavilə imzalayacaq və ildə 5,5 milyon avro qazanacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-ulduzunu-yaponiyaya-satr-t56279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR