ABŞ-ın neft ehtiyatlarında artım proqnozu 3 dəfə üstələyib

ABŞ-ın neft ehtiyatlarında artım proqnozu 3 dəfə üstələyib
10:22 15 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-da xam neft ehtiyatları 9-15 fevral həftəsində proqnozu 3 dəfəyə yaxın üstələyərək 3,5 mln. barel əvəzində 9,94 mln. barel artıb. "Report" xəbər verir ki, bu məlumatı Amerika Neft İnstitutu (APİ) yayıb.
Xatırladaq ki, APİ-nin hesabatı bu gün, fevralın 15-də axşam, ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) tərəfindən açıqlanacaq rəsmi hesabatın ilkin siqnalı kimi qəbul olunur.
EİA-nın proqnozuna görə, hesabat həftəsində neft ehtiyatları 3,513 mln. barel artmalı, benzin ehtiyatları 0,752 mln. barel, distillat ehtiyatları isə 0,696 mln. barel azalmalıdır.
Qeyd edək ki, APİ-nin hesabatı dünən, fevralın 14-də "Brent" markalı neftin qiymətinin 1,6% azalaraq 55,53 dollar/barelə qədər geriləməsinə səbəb olub. Bu gün açıqlanması gözlənilən EİA hesabatı və fevralın 17-də "Baker Hughes" şirkətinin ABŞ-ın həftəlik neft hasilatı və aktiv qazma quyularının sayı barədə məlumatı əsasında neft qiymətlərinin hərəkət trayektoriyası müəyyənləşəcək. Xatırladaq ki, ötən həftə ABŞ-da aktiv neft quyularının sayı daha 8 ədəd və ya 1,37% artaraq 591-ə çatıb.
"Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin bu gün də azalma trendinə davam etməsi gözlənilir: "Brent" markalı neftin qiyməti 50 dollar/barelə qədər geriləyə bilər. Lakin, neft qiymətlərinin yaxın perspektivdə 45 dollar/bareldən aşağı düşəcəyi proqnozlaşdırılmır. Maksimum isə qiymətlər 65 dollar/barelə kimi yüksələ bilər".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-in-neft-ehtiyatlarinda-artim-proqnozu-3-defe-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR