Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun
Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz,
Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat
cavab tədbirləri görülüb.