Canlı yayımda xəbər oxuyan aparıcını öldürdülər - FOTO

Canlı yayımda xəbər oxuyan aparıcını öldürdülər - FOTO
10:37 15 Fevral 2017
145 Dünya
Ölkə mətbuatı
A- A+

Dominikan Respublikasında Luis Manuel Medina adlı radio aparıcısı feysbukun canlı yayımında xəbər oxuyarkən öldürülüb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, hadisə San-Pedro de Macoris şəhərindəki ticarət mərkəzində yerləşən radio studiyasında baş verib.

Medina xəbər oxuyan zaman naməlum şəxslər studiyaya gəliblər. O, həmin şəxsləri görəndə özünü itirib, lakin xəbər oxumağa davam edib.

Radionu dinləyənlərin dediyinə görə, əvvəlcə radiodan zəif səslə "atəş açırlar" sözləri eşidilib, daha sonra isə güclü silah səsləri gəlib.

Atışma zamanı 103.5 HICC radiostansiyasının müdiri Leo Martinez də öldürülüb.

Silahlı hücumla əlaqədar 3 şübhəli saxlanılıb. Cinayətlə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR