Putinin adamlarının gizli əlaqələri İFŞA EDİLDİ

Putinin adamlarının gizli əlaqələri İFŞA EDİLDİ
10:43 15 Fevral 2017
142 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının üzvləri Rusiya kəşfiyyatının yüksəkvəzifəli məmurları ilə əlaqədə olublar.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “The New York Times” nəşri yazıb.

Nəşr qeyd edir ki, əlaqələri telefon söhbətlərinin yazıları və ələ keçirilmiş zənglər sübut edir. Onlardan birinin sözlərinə görə, Amerika hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları zəngləri təxminən eyni vaxtda yaxalayıblar. Hazırda xüsusi xidmət orqanları Demokratlar Partiyasının kompüter sistemlərinə haker hücumu ilə bağlı Trampın komandası və rusiyalılar arasında sözləşmənin olub-olmadığını aydınlaşdırır.

Bununla belə, son həftələrdə fikri soruşulan məmurlar bildiriblər ki, indiyə qədər belə bir əməkdaşlığın sübutlarını görməyiblər.

Mənbələrin sözlərinə görə, ələ keçirilən telefon danışıqlarında yalnız Trampın qərargahının rəsmi şəxsləri deyil, həm də respublikaçıların digər tərəfdarları da iştirak edib. Rusiya tərəfindən isə əlaqələrdə xüsusi xidmət orqanları ilə yanaşı, ölkə rəhbərliyinin digər nümayəndələri də iştirak ediblər.

Mənbələr telefon söhbətlərində nələrin danışıldığının bildirməyiblər.

Amerika KİV-inin daha əvvəl yazdığına görə, Moskva beş il ərzində Trampa dəstək göstərir və onun üçün geniş dəlillər yığırdı. Bu iddialar Böyük Britaniya kəşfiyyatının keçmiş agentinin hesabatlarında yer alıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR