Atiye ölümdən döndü - FOTO

Atiye ölümdən döndü - FOTO
10:47 15 Fevral 2017
147 Maraqlı
Ölkə mətbuatı
A- A+

Pop ulduzu Atiye qonaq olduğu radio proqramında qorxulu anlar yaşayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni verilişdə olarkən məkanın şüşəsi bir anda qırılıb.

Həyəcan keçirən ifaçını radionun işçiləri su içirərək sakitləşdirməyə çalışıblar. Bir müddət hadisənin təsirindən çıxa bilməyən Atiye proqrama qaldığı yerdən davam edib.

Verilişdən sonra açıqlama verən sənətçi bildirib ki, ona göz dəyib:

"Yəqin ki, nəzər dəydi. Necə olduğunu başa düşmədim. Düşünürəm ki, səbəbi güclü əsən külək idi".

O, son zamanlar mahnı sıralamalarına görə müğənnilər arasında qalmaqalların yaranmasına da münasibət bildirib:

"Həmin sıralamanı yaxından izləmirəm. Bunu araşdıran biri deyiləm. Sıralamada olmaq üçün mahnı oxumuram. Musiqidə heç vaxt rəqabət olmamalıdır. Hər kəsin özünəməxsus üslubu var. Bütün sənətçi dostlarıma hörmət edirəm, amma öz yerimi də qorumağa çalışıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR