Özbəkistan prezidenti Rusiyaya səfər edəcək

Özbəkistan prezidenti Rusiyaya səfər edəcək
11:02 15 Fevral 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Özbəkistan prezdenti Şavkat Mirziyoyev bu il aprelin birinci ongünlüyündə Rusiyaya səfər edəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hazırda Daşkənddə səfərdə olan Rusiya hökumətlərarası nümayəndə heyəti üzvlərindən biri bildirib.
“Özbəkistan prezidenti aprelin birinci ongünlüyündə səfər edəcək. Rəsmi olaraq, təsdiq edilməsə də, bu səfərin təxminən aprelin 5-də reallaşacağı gözlənilir”, - deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, Rusiya-Özbəkistan hökumətlərarası komissiyasının fevralın 15-də keçirilən iclasında Şavkat Mirziyoyevin səfərinin gündəliyi müzakirə olunacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ozbekistan-prezidenti-rusiyaya-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR