"Barselona"nın dördüncü "dördü"

"Barselona"nın dördüncü "dördü"
11:05 15 Fevral 2017
145 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Fransada PSJ-yə 0:4 hesabı ilə uduzan "Barselona" bu turnirin tarixi ərzində 4-cü dəfə darmadağın olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İspaniya klubu qitənin ən nüfuzlu klub turnirində bunadək 3 dəfə belə ağır yenilgi yaşamışdı.

Kataloniyalılar üçün antirekord olan 0:4 hesabına ilk dəfə 23 il öncə təsadüf olunub. 1994-cü ildə final oyununda İtaliya təmsilçisi "Milan" rəqibini 4 cavabsız qolla məğlub edib.
 
1997-ci ildə Kiyev "Dinamo"su "Barselona"ya "divan tutub" - 4:0. İspaniyalıların sonuncu rüsvayçılığı ilə 2013-cü ildə qeydə alınmışdı. Həmin vaxt Almaniyanın "Bavariya" klubu rəqibini eyni hesabla üstələmişdi.
 
Qeyd edək ki, "Barselona" və PSJ arasında 1/8 finalın cavab oyunu martın 8-də baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR