Şimali Koreya liderinin öldürülən qardaşının ailəsi Çinin himayəsi altındadır

Şimali Koreya liderinin öldürülən qardaşının ailəsi Çinin himayəsi altındadır
11:07 15 Fevral 2017
186 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın Malayziyada qətlə yetirildiyi iddia edilən qardaşı Kim Çen Namın ailəsi Çin hakimiyyətinin himayəsi altındadır.
“Report” “yonhapnews” agentliyinə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Milli kəşfiyyat İdarəsi təsdiqləyib.
Kim Çen Nam həyat yoldaşı və oğlanlarından biri Pekində, o biri oğlu isə Çinin Makao şəhərindədir.
Kim Çen Namı qətlə yetirən Şimali Koreya xüsusi xidmət orqanlarının iki qadın əməkdaşının sonradan öldürüldüyü barədə də xəbər yayılıb.
Qeyd edək ki, ötən gün onun Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki Beynəlxalq hava limanında öldürüldüyü bildirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/simali-koreya-liderinin-oldurulen-qardasinin-ailesi-cinin-himayesi-altindadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR