Cəbhə xəttində monitorinq keçiriləcək

Cəbhə xəttində monitorinq keçiriləcək
11:12 15 Fevral 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/517639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR