"İvedik" onu bəyənməyən həmkarına sərt cavab verdi

"İvedik" onu bəyənməyən həmkarına sərt cavab verdi
11:17 15 Fevral 2017
197 Maraqlı
Ölkə mətbuatı
A- A+

Şahan Gökbahar "Recep İvedik" filmlərini tənqid edən həmkarı Zəfər Algözə cavab verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor yeni filminin qala-gecəsində jurnalistlərə açıqlama verib.

Film barədə danışan Şahan belə deyib:

"Filmin treyleri 30 milyon dəfə izlənilib. Ümid edirəm, bu nəticə kinoteatrda da özünü göstərər".

Həmkarının "Türkiyədə "Recep İvedik" kimi bir obrazın olduğuna inanmıram, istəyir 17 milyon dəfə izlənilsin, yenə də o filmə çəkilmərəm" sözlərinə aktyor sərt belə cavab verib:

"Sevənimiz çox olduğu kimi, tənqid edənimiz də çoxdur. Heç önəm vermirəm. Bəziləri kənardan-bucaqdan səhnəyə çıxmağa çalışırlar. Tənqidlərə qulaq asmıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR