Ötən il Azərbaycana 179 cənazə gətirilib

Ötən il Azərbaycana 179 cənazə gətirilib
11:19 15 Fevral 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı il ərzində “Donuz qripi” xəstəliyinə görə epidemioloji vəziyyəti gərgin olan dövlətlərdən gələn şəxslər arasında aşkar edilmiş şübhəlilər və temperaturlular barədə gömrük-sərhəd keçid məntəqələrindəki gömrük xidməti əməkdaşları tərəfindən Respublika Sanitariya-Karantin Müfəttişliyinə müxtəlif məlumatlar daxil olub. Lent.az-ın məlumatına görə, bunu Sanitariya-Karantin Müfəttişliyinin Epidemiologiya şöbəsinin müdiri Yadulla Balaşov bu gün keçirilmiş tədbirdə deyib. Y.Balaşov bildirib ki, Müfəttişliyə verilmiş məlumatlar həmin şəxslərin tibbi müşahidəyə alınmaları məqsədilə vaxtında telefonoqramlar vasitəsilə Respublika Gigiyena və Epidemiologiya mərkəzinə ötürülüb: “ Hesabat dövründə 19 telefonoqram vasitəsilə 24 nəfər hərarətli şəxs barədə məlumat verilib və ərazi tibb müəssisələri tərəfindən aparılmış müayinələr nəticəsində “donuz qripi” xəstəliyi qeydə alınmayıb”.

 

 

Şöbə müdiri qeyd edib ki, ötən il iyunun 28-də Müfəttişliyə bir nəfər AİDS-lə yoluxmuş xəstə barədə məlumat daxil olub və müvafiq tədbirlərin görülməsi üçün vaxtında AİDS-lə mübarizə mərkəzinə məlumat verilib.

 

Y.Balaşov əlavə edib ki, respublikaya gətirilən 179 cənazə barədə dövlət sərhəd-keçid məntəqələrindən 86 faks daxil olub. Cənazələr arasında yoluxucu xəstəliklərlə xəstələnərək vəfat etmiş şəxs olmayıb: “ Yoluxucu xəstəlikdən vəfat etmiş şəxslərin dəfni zamanı epidemioloji qaydalara əməl edilir, profilaktik tədbirlər həyata keçirilir. Bu səbəbdən respublikaya gətirilən cənazələr daim nəzarətdə saxlanılır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267661

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR