"Qalatasaray" ulduzunu Yaponiya klubuna satdı

"Qalatasaray" ulduzunu Yaponiya klubuna satdı
11:47 15 Fevral 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

Yan Olde Riekerinklə yollarını ayıran və baş məşqçi postuna İqor Tudoru gətirməyə hazırlaşan "Qalatasaray"dan ayrılacaq ilk oyunçu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, söhbət almaniyalı Lukas Podolskidən gedir.

Bir müddətdi Yaponiya klubu "Vessel Kobe" ilə danışıqlar aparan ulduz futbolçu, nəhayət ki, bu komanda ilə anlaşıb. Cari mövsümü "Qalatasaray"da keçirəcək Almaniya millisinin hücumçusu iyun ayında "Vessel Kobe" ilə 3 illik müqaviləyə imza atacaq. Onun yeni iş yerində illik məvacibi 5 milyon avro təşkil edəcək.
 
Yaponlar artıq "Qalatasaray" rəhbərliyinin də transferə razılığını alıblar. Klublar arasındakı anlaşmaya əsasən, "sarı-qırmızılılar" bu keçiddən 2,7 milyon avro gəlir əldə edəcəklər.
 
Qeyd edək ki, Lukas Podolski "Qalatasaray"a 2015-ci ildə 2,5 milyon avro müqabilində "Arsenal"dan keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR