İrandan 10 kilo tiryək gətirən azərbaycanlı yaxalanıb

İrandan 10 kilo tiryək gətirən azərbaycanlı yaxalanıb
11:59 15 Fevral 2017
125 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanda 10 kiloqram narkotik maddə ələ keçirilib.

 

Lent.az DİN-ə istinadən xəbərinə görə, Nazirliyinə daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Ramil Həsənov Ələt-Astara magistral yolunun 120-ci kilometrliyində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zaman oradan 10 kiloqram 100 qram yüksək psixotrop xassəyə malik narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

 

Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə əvvəldən tanıdığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

 

 Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR