Ötən il laborator müayinələrdən keçəndən sonra dövlət qeydiyyatına alınan məhsulların sayı açıqlanıb

Ötən il laborator müayinələrdən keçəndən sonra dövlət qeydiyyatına alınan məhsulların sayı açıqlanıb
12:02 15 Fevral 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ "Ötən il Azərbaycana gətirilən 10 998 qida məhsulu, 4 484 qeyri-ərzaq məhsulları laborator müayinələrdən keçəndən sonra dövlət qeydiyyatına alınıb".
"Report" xəbər verir ki, bunu Respublika Sanitariya-Karantin Müfəttişliyinin Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh deyib.
Onun sözlərinə görə, fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycana gətirilən və dövlət qeydiyyatına alınan məhsullar arasında uşaq qidaları, ət məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, yağlar, müxtəlif qənnadı məhsullar üstünlük təşkil edir: “Ölkələr arasında isə Türkiyə, Rusiya, Ukrayna, Avropanın - Almaniya, Fransa, İtaliya və digər ölkələrindən gətirilənlər daha çox olur. Məsələn, bu gün ət məhsulları ən çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanada, ətirlər Çexiya, Fransa, Polşa və Türkiyədən gətirilir”.
N.Saleh əlavə edib ki, dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yerləşdirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/oten-il-laborator-muayinelerden-kecenden-sonra-dovlet-qeydiyyatina-alinan-mehsullarin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR