Rövşən Rzayev: “Bəzi məmurlar məcburi köçkünləri dövlətdən incik salmağa çalışır”

Rövşən Rzayev: “Bəzi məmurlar məcburi köçkünləri dövlətdən incik salmağa çalışır”
12:03 15 Fevral 2017
207 Digər
Ölkə mətbuatı
A- A+

“Bu fərmanın imzalanması qaçqın və məcburi köçkünlərin vəziyyətindən irəli gələn addımdır. Çox sağ olsun ki, cənab Prezident hər zaman olduğu kimi indi də xalqın yanında olduğunu nümayiş etdirib. Ən həssas zamanlarda biz cənab Prezidentdən lazımı dəstəyi görürük. Məcburi köçkünlərin üzləşdiyi bu problem də məhz cənab Prezidentin səyləri nəticəsində aradan qaldırılıb”.

Bunu Publika.az-a Milli Məclisin deputatı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı imzaladığı sin fərmanla bağlı deyib.

Deputat deyib ki, sözügedən fərman çox böyük əhəmiyyətə malikdir. O, təəssüflə qeyd edib ki, bəzi məmurlar məcburi köçkünləri dövlətdən incik salmağa çalışır:

“Həmin məmurlar hər hansı qərar qəbul edəndə, addım atanda kifayət qədər düşünmürlər. Bu isə bir sıra problemlər yaradır. Ona görə də məmurlara müraciət edib deyirəm ki, məcburi köçkünlərlə bağlı hər hansı qərarlar qəbul edəndə düşünmək lazımdır, ehtiyac olmayan problemləri yaratmaq lazım deyil. Əksinə, mövcud olan problemləri aradan qaldırmaq lazımdır ki, sonradan cənab Prezident özü məsələyə müdaxilə etməsin. Bəzi məmurların yaratdığı problem öz həllini tapmayanda, cənab Prezidentin sayəsində məsələ öz həllini tapır. Ona görə də məmurlar daha diqqətli olmalıdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR